Skip to Content

IQ Option – Brokerin Rəy və Şərhləri

4.1 / 5
Saytı ziyarət et
RİSK XƏBƏRDARLIĞI: KAPİTALINIZ TƏHLÜKƏ ALTINDA OLA BİLƏR. CFD pərakəndə hesablarının 83% - i pul itirir.

IQ Option yenicə təsis edilsə də, özünün bir neçə illik əməliyyatı ilə Avropanın ən böyük onlayn treydinq üzrə broker şirkətlərindən birinə çevrilə bilmişdir. Belə sürətli böyüməyə təsir göstərən əsas amil yüksək keyfiyyətli xidmətlərin və demokratik yanaşmanın birləşməsidir. IQ Option insanlara satış etmə imkanı vermişdir, eyni zamanda şirkət öz platforması, yardım və dəstək xidmətinin keyfiyyəti üzərinə xeyli sərmayə qoymuşdur, bununla yanaşı müxtəlif ticarət alətləri təklif etməkdədir.

1. IQ Option - hər kəsin brokeri

Bir sıra aparıcı treyderlər, analitiklər və İT mütəxəssisləri tərəfindən hazırlanmış ən müasir və rahat onlayn ticarət platformalarından biri IQ Option yüksək səviyyədə ticarət imkanları təklif etmək imkanı verir. Platforma müxtəlif aktiv kateqoriyalarında (indekslər, valyuta, səhmlər) indi məşhur olan turbo seçimləri də olmaqla (60 saniyə) klassik onlayn treydinq növləri təklif edir.

2. Üstünlük və çatışmazlıqları

Rahat ticarət platforması: bu şirkətin öz platformasıdır ki, bu da onları treyderlərin tələbatına uyğun olaraq dəstəkləyə və təkmilləşdirməyə imkan verir.

Aşağı minimum depozit: hər bir kəs minimum 1$ təklif ilə azı 10$ depozit olmaqla ticarətə başlaya bilər.

Demo hesabları: bu şirkət qeydiyyatdan keçmiş hər istifadəçiyə ticarət bacarıqlarını inkişaf etdirməyə, strategiyalarını test etməyə və depozit ödəmədən ticarət platformasına alışmağa imkan verir.

Treyder təqabətləri: tez-tez keçirilən turnirlərin köməyi ilə şirkət hər bir treyderin ticari bacarıqlarını inkişaf etdirəcəyi və pul qazana biləcəyi öz treyder icmasını qurmağa müvəffəq olmuşdur. Belə turnirlər hər həftə keçirilir. Turnirlər həm pulsuz, həm də ödənişlidir.

Nisbətən kiçik təhsil kitabxanası: video mənbələri yalnız ən əsas mövzuları əhatə edir və daha inkişaf etmiş trayderlər üçün kifayət deyil.

3. Ticarət şərtləri

IQ Option Avropa bazarında digər onlayn treydinq üzrə brokerlərlə müqayisədə ən yaxşı ticarət şərtlərini təklif edir. Minimum depozit limiti 10 dollar, minimal təklif isə azı $ 1 ola bilər. O, həmçinin müxtəlif ödəniş sistemlərini əhatə edən bir çox pul yatırma/nəğdləşdirmə yollarını da təklif edir.

Müştərilərə bitmə müddətinə əsasən fərqləndirilə bilən iki növ ticarət vasitəsi təklif olunur. Klassik onlayn ticarətlərin sona çatma müddəti 15 ilə 60 dəqiqə arasında dəyişdiyi halda 'turbo' variantları bir-üç dəqiqə davam edir. Qısa müddətli seçimlər ticarət strategiyanızda dəyişiklik etməyə və həmçinin qısa müddətli bazar dəyişmələrindən faydalanaraq yüksək dəyişkənlik anlarını tutmağa imkan verəcəkdir.

4. Əsas Aktivlər

IQ Option valyuta cütləri, ən böyük beynəlxalq fond indeksləri, fərdi şirkətlər səhmləri və qiymətli metallardan ibarət 300-dən çox aktiv seçimi təklif edir. Bu cür geniş seçim maliyyə aktivlərinin əksər növünü əhatə edir və treyderlərə risk və gəlirlilik nəzərə alınmaqla şəxsi üstünlüklərini təmin etmək məqsədilə ticarət strategiyaları seçmək imkanı verir. Ümid edirik ki, gələcəkdə şirkət mövcud seçimlərə əlavələr etməkdə davam edəcəkdir, çünki hazırda aktivlərin sayı digər böyük onlayn treydinq üzrə brokerlərin təklifləri ilə müqayisədə bir qədər aşağıdır.

5. Ticarət platforması

Qeyd etmək lazımdır ki, bir çox digər şirkətlərdən fərqli olaraq, IQ Option şirkət müştərilərinin ehtiyaclarını ödəmək üçün şirkət daxilində inkişaf etdirilən öz ticarət platformasına investisiya qoymuşdur. Bu platforma istifadəçiyə rahat interfeysi olduğuna görə çoxsaylı mükafatlar qazanır və tərif edilməkdə davam edir; "FX World Show" dən "Ən Yenilikçi Onlayn Treydinq üzrə Broker" mükafatı və Forex mükafatından "Ən yaxşı Ticarət Platforması" mükafatı onlardan ikisidir.

IQ Option ticarət platforması PC və mobil qurğularda eyni dərəcədə yaxşı işləyir. Onun interfeysi dinamik qrafiklərə əsaslanaraq, aktivlərin real vaxt rejimində inkişafını göstərir. IQ Option platforması və digər onlayn treydinq üzrə broker platformaları arasındakı ən əsas fərqlərdən biri, diaqramın, xəttlərin, əyri xəttlərin və qrafiklərdəki digər rəqəmlərin müxtəlif hissələrində böyültmə/kiçiltmə kimi əlavə funksiyaların olmasıdır. Solda olan yan panel, treydinq tarixini, canlı lideri lövhələrini, xəbərlər və ya hətta marifləndirici materialları göstərmək üçün quraşdırıla bilər.

6. Mobil ticarət

Tablet və smartfonlar üçün IQ Option ticarət proqramı mütləq qeyd edilməlidir. Bu proqram işdə olmadıqda belə 'bazarda' qalmağı təmin edir. Bu mobil platforma demək olar ki, tam versiyası kimi funksionaldır, yeganə fərq interfeysin ayrı-ayrı elementlərinin yerləşdirilməsində və ölçüsündədir. Bu platforma Android və iOS istifadəçiləri üçün də mövcuddur və Google Play və App Store-dan pulsuz olaraq endirilə bilər.

7. Demo hesabı

Pulsuz demo hesab, şəxsi hesab yaratdığınız andan etibarən əldə ediləcək və 10000 dollarlıq virtual macəraya giriş imkanı verəcəkdir. Bu, real hesabı olan istifadəçilərə vəsaitlərin çıxarılması istisna olmaqla, hər növ əməliyyatların aparılmasına imkan verir. Bu treyderlərə öz ticarət strategiyalarını test etməyə və heç bir pul yatırmadan platformaya alışmağa şərait yaradır. Qeyd etmək lazımdır ki, yaxın vaxtlarda, şirkət, demo hesablarına əlavə pul yükləməyin mümkünlüyünü bildirmişdir ki, bu da bütün virtual pulları itirdiyiniz halda, daha çox virtual pul əlavə edə biləcəyiniz anlamına gəlir. Hər bir halda, bazarın real abu-havasını mümkün qədər tez almaq üçün kiçik miqdarda pul (hər ticarət üçün $ 1-5) yatırmaqla strategiyaları test etmək məsləhətdir.

8. VIP hesablar

İkili variantlar ilə tanış olan treyderlərə, VIP hesablara (IQ Option saytında daha ətraflı oxuyun) qeydiyyatdan keçmək təklif olunacaqdır hansı ki, ticarət siqnalları, fərdi menecer və daha sürətli şəkildə pul vəsaitlərinin çəkilməsi (24 saat ərzində) üzrə müntəzəm yeniləmələrə pulsuz giriş imkanı verən əlavə xidmətlərdən istifadə imkanı verir. VİP hesablar 3000 ABŞ dolları məbləğindən yüksək depozitlərlə açılır.

9. Hesab açmaq

Hər hansı bir demo hesabı bir qədər pul yatırmaqla asanlıqla real birinə çevrilə bilər. Bu halda hesabınızdakı virtual məbləğ yox olacaq və balans depozitinizə bərabər olacaq. Həqiqi hesab açmaq üçün, brokerin ana səhifəsinin yuxarı sağ küncündə yaşıl düyməyə basmaq və ya demo hesabı ticarət interfeysinin yuxarı sağ küncündə eyni nöqtəyə tıklaya bilərsiniz. Proses iki mərhələdən ibarətdir - hesab yaratmaq (demo varsa keçin) və pul yatırmaq. İlk addım həmçinin Facebook, Google+ və ya Gmail hesablarından istifadə edərək də atıla bilər. Pul bank kartı (Visa, MasterCard) və ya bir çox məşhur rəqəmsal ödəniş sistemləri vasitəsi ilə yatırıla bilər.

10. Pulların hesabdan çıxarılması

Məbləğlər yuxarıda depozitlər üçün göstərilən qaydalardan hər hansı birinə uyğun olaraq geri alına bilər. Hesabdan pul çıxarmaq üçün hesab hissədən müraciət etmək, şəxsi məlumatları və pul çıxarma növünü qeyd etmək lazımdır. Müraciətlər ümumiyyətlə üç iş günü müddətində həyata keçirilir; və bu müddət ərzində şirkət əməliyyatın təhlükəsizliyinin təmin edilməsi məqsədilə əlavə sənədlər tələb edə bilər. Buna, məsələn, bir şəxsiyyət vəsiqəsinin sürəti aid ola bilər. Müraciətinizin statusu hesabınızdakı şəxsi hissədə izlənilə bilər.

11. Treyderin maarifləndirilməsi

IQ Option müştərilər arasında maliyyə üzrə biliyin və ticarət bacarıqları səviyyəsinin artırılmasına çox diqqət yetirir. Onların veb saytında çoxsaylı interaktiv təlim materialları tapa bilərsiniz. Bununla yanaşı, ticarət platformasından istifadə etməyi öyrənməyə kömək edən qısa təlim kursunu da qeyd etmək istərdik. Kursu brokerin ana səhifəsində "Treyderlər üçün" menyusundan "Video dərsliklər" bölməsindən tapa bilərsiniz . Kurs, əməliyyatın və brokerin ticarət sistemi elementlərinin prinsiplərini nümayiş etdirən 9 fəsildən ibarətdir.

12. IQ Option ilə ticarət etməlimi?

IQ Option ticarəti rahat və əlçatan edən bir "universal" vasitədir. Gələcək treyderlər, VIP hesabların, qrafikləri fərdiləşdirməyə kömək edən funksiyaların və olduqca əlverişli mobil tətbiqlərin üstünlüklərini yüksək qiymətləndirəcəklər. Lakin, əsas aktivlərin məhdud seçimi ticarət strategiyası seçimini də məhdudlaşdırıla bilər. Treyderlər bu platformdan istifadə edərək ən çox qazanacaqlar - minimum ilkin depozit tələbi, tam funksional bir demo hesabı mövcuddur (onlayn treydinq brokerləri arasında olduqca nadirdir), eləcə də bir çox öyrədici materialları olan istifadəçiyə rahat və çevik platforması var.

RİSK XƏBƏRDARLIĞI: KAPİTALINIZ TƏHLÜKƏ ALTINDA OLA BİLƏR. CFD pərakəndə hesablarının 83% - i pul itirir.

İcmallar: IQ Option

Şərhlər: IQ Option
( 2 )
İstifadəçi reytinqi:: 4.7 / 5

Şərhlər: 2

  1. avatar
    Pərvanə
    05/07/2020

    Proqramın dilini necə dəyişim Azərbaycan dilinə?

  2. avatar
    Tofiq
    28/07/2020

    Sizinle nece elaqe saxlamaq olar?

Şərh verin

IQ Option – Brokerin Rəy və Şərhləri

Saytı ziyarət et